İran səfirinin “təşəbbüsü”| SEPAH-ın Ermənistanla birgə təxribatçı əməliyyatlar keçirmək niyyəti təsdiqlənir

2023/02/1676014923.jpg
Oxunub: 5653     11:40     10 Fevral 2023    
“Bizə qarşı hiyləgərlik edirlər, qondarma dəhlizlərdən, hansısa hərəkətlərdən danışılır, amma İran və Ermənistan belə bir dəhlizin yaradılmasına imkan verməyəcək. Təşəbbüsün qarşı tərəfdən gəlməsinə imkan verməməliyik və sadəcə ona cavab verməliyik. Əksinə, təşəbbüsü özümüz ələ almalıyıq. Biz baxmalıyıq ki, hansı addımlar atılmalıdır. Hansısa dəhlizin açılması üçün təşəbbüs gözləmək lazım deyil. Biz buna imkan verməməliyik”. Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri fevralın 9-da “Ermənistan-İran münasibətləri ortaq maraqlar kontekstində” mövzusunda keçirilən müzakirə zamanı deyib.

Hazırkı vəziyyətdə İran səfirinin bəyanatı rəsmi Tehranın bir daha Azərbayacana qarşı düşmənçilik mövqeyində olduğunu təsdiqləyir. Şübhəsiz ki, İrəvanda səfirin bəyanatını sevinclə qarşılayırlar, habelə onun çoxmənalı odluğunu ifadə edirlər. Əlbəttə ki, İran demonoloqları bənzər bəyanatları dəfələrlə səsləndirib, lakin burada əsas məsələ sözügedən bəyanatın niyə hazırkı anda edilməsidir? Ötən gün KİV-lərdə İran və Ermənistanın birgə təxribat-diversiya qrupları yaradaraq Azərbaycanın Laçın və Qubadlı rayonlarına soxulacağı barədə məlumatlar yayıldı. Zohurinin bu bəyanatı yayılan informasiyanın dəqiqliyinə şübhə yeri qoymur. Azərbaycan sərhədində qoşunlarını cəmləşdirən SEPAH İran səfirinin verdiyi açıqlamaya uyğun olaraq “təşəbbüs”ü əlinə almağa çalışa bilər ki, bu da regionda ciddi qarşıdurma yarada bilər.

Bununla yanaşı, İranın İrəvana təqdim etdiyi, lakin öz təxminində qənaətbəxş cavab almadığı başqa ideyaları da mövcud ola bilər. Onların mövcud olub-olmadığını, hansı xarakterdə olduğunu başa düşmək çox vacibdir. Məlumdur ki, Tehran İrəvana birgə hərbi təlimlər keçirməyi təklif edib və səfir bunu gözləməmək baxımından çağırış edir. Bu isə İrəvandan tam cavab almaq üçün kifayət qədər incə məsələdir, çünki siyasi vəziyyət və məsələlər birqatlı deyil, fərqli, daha mürəkkəb və incə kateqoriya məsələsidir.

Bir şey qəti və əhəmiyyətli dərəcədə aydın görünür: Ermənistan-İran Zəngəzur dəhlizinin həayat keçirilməsinə mane olmaq üçün Azərbaycan sərhədlərini pozmaq məqsədini qarşıya qoyub və burada Ermənistan və İranın maraqlarının birləşməsi gün işığı kimi aydın görünür.

Bütün bunlarla yanaşı, dünən Ermənistan baş naziri Nikol Paşinyan bəyan etdi ki, İrəvan 10 noyabr bəyanatının 9-cu bəndinin icrasına əməl etməyə hazırdır. Təbii ki, bəyanat, İran-Ermənistan razılaşması çərçivəsində manipulyasiya xarakterlidir. Həmin bənddə Ermənistanın xidmət orqanlarının deyil, Rusiya FTX tərəfindən nəzarətin təşkil olunması haqda qeyd mövcuddur ki, bu da dəhliz mənqiti çərçivəsində dəyərləndirilir.

Bəs İranın bununla hansı əlaqəsi var? Burada incə bir məqam var. Hazırda İran Azərbaycanla Naxçıvan arasında əlaqə marşrutunu təşkil edir. Hətta bir neçə ay əvvəl İran ərazisindən keçən və Azərbaycanla Naxçıvanı birləşdirən yeni nəqliyyat marşrutu ilə bağlı Bakı-Tehran sazişi imzalanıb. Lakin İran Azərbaycanın Naxçıvan bölgəsi ilə Ermənistan ərazisi vasitəsilə əlaqə qurmasını istəmir, Bakıya təzyiq üçün inhisarçı mövqeyini saxlamağa çalışır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   Təxribat   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin